Azərbaycanda İKT infrastrukturu və xidmətləri modernləşdiriləcək

Azərbaycanda İKT infrastrukturu və xidmətləri modernləşdiriləcək BMTİP ilə RYTN birgə bu layihə üzərində çalışacaqlar
İKT
8 Noyabr , 2016 20:52
Azərbaycanda İKT infrastrukturu və xidmətləri modernləşdiriləcək

Bakı. 8 noyabr.REPORT.AZ/ BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edib. 

BMTİP-dən "Report"a daxil olan xəbərə görə, layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır. Layihə çərçivəsində beynəlxalq təşkilatlarlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP) və.s), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək.

Eyni zamanda, “e-iştirak” üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də “elektron hökumət” infrasturkturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə də birgə əməkdaşlıq da layihədə planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi