Azərbaycanda “Evədək internet” layihəsinin I mərhələsi yekunlaşmaqdadır

Azərbaycanda “Evədək internet” layihəsinin I mərhələsi yekunlaşmaqdadır Bakı. 9 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işləri davam etdirir.
İKT
9 Aprel , 2018 11:50
Azərbaycanda “Evədək internet” layihəsinin I mərhələsi yekunlaşmaqdadır

Bakı. 9 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işləri davam etdirir.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Baktelecom” paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan “Evədək internet” layihəsinin birinci mərhələsini yekunlaşdırır. Artıq bu həftədən etibarən 30 min mənzili əhatə edən layihənin istismara verilməsi başa çatır. Hazırda 9 minə yaxın mənzil GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.

Davamlı olaraq “Baktelecom”un təklif etdiyi sərfəli xidmət paketlərinə qoşulmaq istəyən müştərilərin sifarişi operativ şəkildə qəbul olunur, qısa zaman ərzində abunəçilər üçün multimedia xidmətləri aktiv edilir.

Tezliklə “Evədək internet” layihəsinin ikinci mərhələsində 100 minədək evdə GPON infrastrukturunun yaradılması prosesinə start veriləcək.

Qeyd edək ki, fiber-optik xətləri üzərindən təmin edilən GPON texnologiyası 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. 

Son xəbərlər

Orphus sistemi