Azərbaycanda bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Azərbaycanda bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.
İKT
16 Yanvar , 2025 14:41
Azərbaycanda bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq
İlham Əliyev

Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.

"Report" xəbər verir ki, bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.

Rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması nəzərdə tutulur.

Sənəddə deyilir ki, dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması, beynəlxalq təcrübə əsas götürülməklə, dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası sənədinin hazırlanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi