Azərbaycan və Yaponiya İKT sahəsində perspektiv əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Yaponiya İKT sahəsində perspektiv əməkdaşlığı müzakirə ediblər Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini Yuci Sasaki arasında keçirilən onlayn görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud və pers
İKT
13 Yanvar , 2022 18:38
Azərbaycan və Yaponiya İKT sahəsində perspektiv əməkdaşlığı müzakirə ediblər

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini Yuci Sasaki arasında keçirilən onlayn görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə “Report” Nazirliyə istinadən xəbər verir.

Eyni zamanda Azərbaycan və Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) çərçivəsində əməkdaşlıq imkanları barədə danışılıb.

Həmçinin BTİ-nin növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Onoe Seizonun təşkilatın Standartlaşdırma Bürosunun direktoru vəzifəsinə, Azərbaycanın isə BTİ Şurasına və Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi