Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan və İran orbitə peyk buraxılması ilə bağlı məsələni nəzərdən keçirmək barədə razılıq əldə edib.
“Report” xəbər verir ki, bu barədə İranın rabitə naziri Məhəmməd Cavad Cəhromi məlumat verib.
Onun sözlərinə görə, bu peyk iki ölkə arasında dostluğun simvolu olacaq.