Azərbaycan "TİBO-2018" sərgisində iştirak edəcək

Azərbaycan "TİBO-2018" sərgisində iştirak edəcək Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan mayın 14-18-də Belarusun paytaxtı Minskdə keçiriləcək XXV TİBO-2018 informasiya kommunikasiya texnologiyaları beynəlxalq forumunda iştirak edəcək.
İKT
10 May , 2018 15:07
Azərbaycan TİBO-2018 sərgisində iştirak edəcək
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan mayın 14-18-də Belarusun paytaxtı Minskdə keçiriləcək XXV "TİBO-2018" informasiya kommunikasiya texnologiyaları beynəlxalq forumunda iştirak edəcək.

"Report" sərginin saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edəcək. 

Ümumilikdə, sərgidə 15 ölkədən 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Bu il "TİBO" robot texnologiyası, yeni mobil xidmət və tətbiqlər, şəhər sektoru və mənzil-kommunal təsərrüfatları üçün informasiya texnologiyaları, coğrafi informasiya və naviqasiya texnologiyaları sahəsindəki nailiyyətləri nümayiş etdirəcək. Təşkilatçılar diqqəti, əsasən, startapların dəstəklənməsinə və gənclər arasında İT-nin populyarlaşdırılmasına yönəldəcək.

Qeyd edək ki, Azərbaycan "TİBO" sərgisinə müntəzəm olaraq qatılır. 

Son xəbərlər

Orphus sistemi