Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək istəyir

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək istəyir "Ölkəmizdə səfərdə olan Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun nümayəndələri ilə görüşdük".
İKT
19 Noyabr , 2021 16:06
Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək istəyir

"Ölkəmizdə səfərdə olan Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun nümayəndələri ilə görüşdük".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Avropa İttifaqının qəbul etdiyi “Bərpa, dayanıqlıq və islahat: Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetləri” Birgə İşçi Sənədi və İqtisadi və İnvestisiya Planında Azərbaycan üzrə müəyyən olunmuş əsas təşəbbüslərin (flagship initiative) həyata keçirilməsi ilə bağlı müzakirələr apardıq. Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya proseslərinin və müvafiq insan kapitalının inkişaf etdirilməsi istiqamətində birgə layihələrin nəzərdən keçirilməsi haqqında razılaşdıq",- deyə nazir əlavə edib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə beynəlxalq maliyyə institutlarının – Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Fransa İnkişaf Agentliyinin (ADF) nümayəndələri də iştirak ediblər. Avropa İttifaqının bu il iyulun 2-də qəbul etdiyi “Bərpa, dayanıqlıq və islahat: Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetləri” Birgə İşçi Sənədi və İqtisadi və İnvestisiya Planında Azərbaycan üzrə müəyyən olunmuş əsas təşəbbüslərin (flagship initiative) həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Bildirilib ki, ölkəmizlə Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir və bütün sahələrdə, o cümlədən rəqəmsal inkişaf və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün güclü potensial mövcuddur.

Görüş çərçivəsində ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya proseslərinin və müvafiq insan kapitalının inkişaf etdirilməsi istiqamətində birgə layihələrin nəzərdən keçirilməsi haqqında razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi