Azərbaycan Rusiyada keçirilən “X Milli Superkompüter Forumu”na qatılıb

Azərbaycan Rusiyada keçirilən “X Milli Superkompüter Forumu”na qatılıb Bu gün Rusiyanın Pereslavl-Zalesskiy şəhərində “X Milli Superkompüter Forumu” işə başlayıb.
İKT
30 Noyabr , 2021 16:26
Azərbaycan Rusiyada keçirilən “X Milli Superkompüter Forumu”na qatılıb

Bu gün Rusiyanın Pereslavl-Zalesskiy şəhərində “X Milli Superkompüter Forumu” işə başlayıb.

Bu barədə"Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

Məlumata görə, dekabrın 3-nə qədər davam edəcək tədbirin əsas məqsədi superkompüter texnologiyalarının yaradılması və tətbiqi barədə müzakirələr aparmaq, hər bir ölkənin superkompüter texnologiyaları ilə bağlı siyasətinin vəziyyəti, əldə olunmuş nailiyyətləri ilə tanış olmaq, eləcə də qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir.

“Milli Superkompüter Forumu”nda superkompüter sənayesi ilə bağlı tədqiqat, aparat vasitələri, sistem proqram təminatı, superkompüter xidmətləri, superkompüter sahəsinin təşkilati aspektləri kimi mövzularda məruzələr təqdim olunacaq.

Forum çərçivəsində “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçılarından biri İnformasiya Texnologiyaları İnstitutudur. Konfransda institutun bir neçə əməkdaşı məruzə ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi