Azərbaycan Rəqəmsal Ticarət Qovşağı üzərindən sərmayə cəlb etməyə başlayıb

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı üzərindən sərmayə cəlb etməyə başlayıb Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib
İKT
216
20 Aprel , 2021 12:31
Azərbaycan Rəqəmsal Ticarət Qovşağı üzərindən sərmayə cəlb etməyə başlayıb
Vüsal Qasımlı

"Rəqəmsal Ticarət Qovşağı üzərindən Azərbaycana sərmayə cəlb edilməsinə başlanılıb".

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaradılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında qurumun İcraçı direktoru Vüsal Qasımlı deyib.

Bundan başqa, onun sözlərinə görə, İİTKM növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır: "Tezliklə həmin strategiyanı təqdim edəcəyik. Qarşıdakı 5 ildə Mərkəzin fəaliyyəti əsasən 5 istiqamət üzrə həyata keçiriləcək. Təbii ki, əsas hədəf iqtisadi artımı təmin etmək olacaq".

Son xəbərlər

Orphus sistemi