Azərbaycan regional e-ticarət mərkəzinə çevriləcək

Azərbaycan regional e-ticarət mərkəzinə çevriləcək Bunu rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib
İKT
28 Noyabr , 2016 12:33
Azərbaycan regional e-ticarət mərkəzinə çevriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan regionda elektron ticarət mərkəzinə çevrilməyi nəzərdə tutub.

"Report" xəbər verir ki, bunu Bakıda keçiriləcək XXII İnformasiya və Yüksək Texnologiyaları ("BakuTel-2016") sərgisinə həsr olunan mətbuat konfransında çıxışı zamanı rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. 

"Hazırda Çin elektron ticarət üzrə dünya nəhəngi hesab edilir. Odur ki, Çindən məhsulların (malların) Azərbaycana gətirilib, buradan digər zəruri istiqamətlərə çatdırılması nəzərdə tutulub. Artıq ilk belə bir sınaq həyata keçirilib və bu təcrübə çox uğurlu olub. Bu layihə "Silkway" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılıb", - deyə E.Vəlizadə əlavə edib. 

Qeyd edək ki, "Silkway" karqo aviaşirkəti Çindən məhsulları Azərbaycana çatdırır və daha sonra digər istiqamətlərə yayır.

Son xəbərlər

Orphus sistemi