Bakı. 3 mart. REPORT.AZ/ Bişkek şəhərində (Qırğızıstan) Şərqi Avropa və MDB ölkələri üçün Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) radiorabitə üzrə regional seminarı işə başlayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsindən (DRİ) "Report"a verilən məlumata görə, seminarda iştirak etmək məqsədilə DRİ-nin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi Nizami Abdullayev Qırğızıstana ezam edilib.
Qeyd edək ki, radiorabitə üzrə regional seminar martın 6-dək davam edəcək.