Azərbaycan nümayəndə heyəti Minskdə "TİBO" forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti Minskdə "TİBO" forumunda iştirak edir Bakı. 15 may. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minskdə səfərdədir.
İKT
15 may 2018 05:49
Azərbaycan nümayəndə heyəti Minskdə TİBO forumunda iştirak edir
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minskdə səfərdədir. 

"Report"un məlumatına görə, nümayəndə heyəti "TİBO-2018" - informasiya kommunikasiya texnologiyaları üzrə beynəlxalq forumun açılışında iştirak edəcək.

Səfər zamanı E.Vəlizadənin Belarusun bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, mayın 18-ə qədər davam edəcək forumda Azərbaycandan başqa forumda 15 ölkədən 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Bu il "TİBO" robot texnologiyası, yeni mobil xidmət və tətbiqlər, şəhər sektoru və mənzil-kommunal təsərrüfatları üçün informasiya texnologiyaları, coğrafi informasiya və naviqasiya texnologiyaları sahəsindəki nailiyyətləri nümayiş etdirəcək. Təşkilatçılar diqqəti, əsasən, startapların dəstəklənməsinə və gənclər arasında İT-nin populyarlaşmasına yönəldəcək.

Azərbaycan "TİBO" sərgisinə müntəzəm olaraq qatılır.

Son xəbərlər

Orphus sistemi