Azərbaycan Kosmik Agentliyi “Roskosmos” ilə əməkdaşlığı genişləndirəcək

Azərbaycan Kosmik Agentliyi “Roskosmos” ilə əməkdaşlığı genişləndirəcək Bu barədə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında qeyd edib
İKT
19 May , 2021 12:33
Azərbaycan Kosmik Agentliyi “Roskosmos” ilə əməkdaşlığı genişləndirəcək

Azərbaycan Kosmik Agentliyi ilə Rusiyanın “Roskosmos” dövlət korporasiyası arasında əməkdaşlıq genişlənəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında qeyd edib.

Nazir Rusiyaya səfəri zamanı bir sıra görüşlər keçirdiyini açıqlayıb:

"Moskva şəhərində “Roskosmos” dövlət korporasiyasının Baş direktoru Dmitri Roqozinlə ikitərəfli görüş keçirdik. Görüşdə Azərbaycan Respublikasının Kosmik Agentliyi ilə “Roskosmos” arasında mövcud əməkdaşlığı və birgə perspektiv layihələri müzakirə etdik".

Son xəbərlər

Orphus sistemi