Azərbaycan İsraildə keçiriləcək “CyberTech Global 2020” sərgi-konfransına dəvət olunub

Azərbaycan İsraildə keçiriləcək “CyberTech Global 2020” sərgi-konfransına dəvət olunub Yanvarın 28-30-da Təl-Əvivdə (İsrail) “CyberTech Global 2020” sərgi-konfransı keçiriləcək.
İKT
124
8 Yanvar , 2020 14:20
Azərbaycan İsraildə keçiriləcək “CyberTech Global 2020” sərgi-konfransına dəvət olunub

Yanvarın 28-30-da Təl-Əvivdə (İsrail) “CyberTech Global 2020” sərgi-konfransı keçiriləcək. 

“Report” xəbər verir ki, bu sərgi-konfrans kibertexnologiyalar üzrə regionda ən böyük tədbir hesab edilir.

Ümumilikdə 18 mindən artıq qonağın qatılması ehtimal olunan sərgi-konfransı İsrailin baş naziri Benyamin Netanyahu açacaq.

Müxtəlif ölkələrin rəsmi şəxslərinin dəvət olunduğu tədbirdə Bolqarıstan və Yunanıstan müvafiq nazirlər, “Microsoft” və IBM isə vitse-prezidentlər səviyyəsində qatılacaq.

Azərbaycandan isə bu tədbirə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəvət olunub.

Son xəbərlər

Orphus sistemi