AHK: Qarşıdakı 3 ildə Azərbaycan İT sektoruna yatırımlar 2 dəfəyədək artacaq

AHK: Qarşıdakı 3 ildə Azərbaycan İT sektoruna yatırımlar 2 dəfəyədək artacaq 2018-ci ilin ilk 9 ayında Azərbaycan telekommunikasiya sektoruna 132 mln. ABŞ dolları civarında investisiya yatırılıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70% çoxdur.
İKT
9 Aprel , 2019 13:06
AHK: Qarşıdakı 3 ildə Azərbaycan İT sektoruna yatırımlar 2 dəfəyədək artacaq

"2018-ci ilin ilk 9 ayında Azərbaycan telekommunikasiya sektoruna 132 mln. ABŞ dolları civarında investisiya yatırılıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70% çoxdur". 

“Report” xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) “Market Analysis Azerbaijan 2019”u ("Bazarın təhlili Azərbaycan-2019") nəşrində deyilir.

Nəşrdə qeyd edlir ki, ekspertlər 2019-2022-ci illərdə bu rəqəmin 500-600 mln. dollar olacağını ehtimal edir:

“Beynəlxalq bazar tədqiqatçısı və konsaltinq şirkəti olan Beynəlxalq Data Korporasiyasına (IDC) görə, Azərbaycan İKT sektorunun 2018-2022-ci illərdə 12,3% böyüməsi gözlənilir. İKT xidmət və proqram təminatı sektoru hər il 16% inkişaf edəcək. IDC hesab edir ki, İKT avadanlıqlarının təchizatı isə 11,3% böyüyəcək. Ümumi İT sənayesi bazarı 2022-ci ildə isə 1,6 mlrd. dollara çata bilər. Bu rəqəm 2018-ci ildə isə təxminən 0,9 mlrd. dollar olub.

Bazarı araşdıran ekspertlər hesab edir ki, 2022-ci ilə qədər İT sektoru illik 3% böyüyəcək.

Son xəbərlər

Orphus sistemi