Azərbaycan bu ay Türkiyədə keçiriləcək texnologiya festivalına dəvət olunub

Azərbaycan bu ay Türkiyədə keçiriləcək texnologiya festivalına dəvət olunub Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Türkiyənin Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İKT
16 Sentyabr , 2021 17:54
Azərbaycan bu ay Türkiyədə keçiriləcək texnologiya festivalına dəvət olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Türkiyənin Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə qurumun rəisi vəzifəsini icra edən general-leytenant Mürsəl Vəliyev dövlət qurumlarına müasir tipli xüsusi rabitə xidmətlərinin göstərilməsi və informasiya təhlükəsizliyini təmin edilməsi, eləcə də Azərbaycan İnformasiya Təhlükəsizliyi Koordinasiya Komissiyasının gördüyü işlər haqda qonaqlara ətraflı məlumat verib, Xidmətin səlahiyyətləri çərçivəsində Azərbaycan rəqəmsal transformasiyasının həyata keçirilməsinə öz töhfələrini verəcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

A.T.Koç Türkiyədə rəqamsal tranformasiya sahəsində görülən işlərdən, ölkə strategiyasından və qurumun sahə üzrə gələcək planlarından danışıb. O, həmçinin hazırda qurumun üzərində çalışdığı “Süni intellekt”, “Türk Beyin Layihəsi”, "81 bölgədə 81 Kiber Qəhrəman" və digər layihələrdən danışıb, informasiya təhlükəsizliyi üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu, sahə üzrə hər cür birgə əməkdaşlığa və birgə layihələrə dəstək verə biləcəklərini deyib.

Çıxışının sonunda A.T.Koç Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarını 21-26 sentyabr 2021-ci il tarixlərində Türkiyədə keçiriləcək "Texnofest" Texnologiya Festivalına dəvət edib.

Görüşün sonunda hər iki tərəfdən nümayəndə heyəti rəhbərləri birgə əməkdaşlığın davamlı olmasında maraqlı olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi