Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub

Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub Reytinqdə ilk pillədə Sinqapur, ikinci yerdə isə ABŞ qərarlaşıb
İKT
7 İyul , 2017 11:00
Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub
Sputnik

Bakı. 7 iyul. REPORT.AZ/ BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Global Cybersecurity Index" hesabatını dərc edib.

"Report" BTİ-yə istinadən xəbər verir ki, hesabatda dünyada kibertəhlükəsizlik səviyyəsi barədə son məlumatlar təqdim edilib.

Sənədə əsasən, bütün ölkələrin yalnız 38%-də haker hücumlarından qorunmağa imkan verən kibertəhlükəsizlik sistemi var, ölkələrin 12%-i isə belə strategiyanın işlənib hazırlanması prosesindədir.

Hesabata əsasən, Azərbaycan dünya sıralamasında 48-ci yeri tutub. Rusiya 10-cu, Türkiyə 43-cü, İran - 59-cu, Ermənistan 111-ci sırada qərarlaşıb.

Reytinqdə ilk pilləni Sinqapur tutub, ikinci yerdə isə ABŞ qərarlaşıb. İlk üçlüyü Malayziya qapayır.

Son xəbərlər

Orphus sistemi