Azərbaycan BMT-nin “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”na sədrlik edəcək

Azərbaycan BMT-nin “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”na sədrlik edəcək Bakı.19 aprel. REPORT.AZ/ Cari ilin 18-20 aprel tarixində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclası” keçirilir.
İKT
19 Aprel , 2018 19:05
Azərbaycan BMT-nin “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”na sədrlik edəcək

Bakı.19 aprel. REPORT.AZ/ Cari ilin 18-20 aprel tarixində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclası” keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, ekspert qrupunun iclasında inkişaf etməkdə olan ölkələrdə yerli platformaların ölkədaxili və transsərhəd elektron ticarət üçün uyğunlaşdırılması, kiçik və orta sahibkarların elektron ticarət sahəsində fəaliyyətlərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin beynəlxalq elektron ticarət platformaları ilə bağlı üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları kimi mövzular müzakirə edilir.

İclasda hökumətlərarası ekspert qrupunun sədri və sədr müavini vəzifələrinə seçkilər keçirilib.

100-dən artıq ölkənin nümayəndəsinin iştirakı ilə açıq səsvermə yolu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov qrupun sədri vəzifəsinə seçilib. Sədrlik dövrünün icrası 1 illik müddəti əhatə edir.

Azərbaycan bu tədbirdə ötən ildən təmsil olunur. Hökumətlərarası ekspert qrupunun işində 100-dən artıq ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı “Alibaba Group”, “Google”, “eBay” kimi qlobal şirkətlərin və bir sıra regional İT şirkətlərinin rəhbər şəxsləri xüsusi qonaq qismində iştirak edir.

Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun iclasının yekununda qəbul ediləcək xususi tövsiyələri əks etdirən sənəd BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

Eyni zamanda BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən Elektron Ticarət Həftəsi də keçirilir. “Rəqəmsal platformaların inkişaf ölçüləri” mövzusuna həsr olunmuş tədbirdə belə platformaların yaratdığı imkanlar və əsas çətinlikləri müzakirə ediləcək və inkişaf etməkdə olan ölkələr üçün maksimum fayda təmin etmək məqsədilə konkret təkliflər irəli sürüləcək.

Son xəbərlər

Orphus sistemi