​Azərbaycan "Azersky" peykinə 160 mln. avro yatırıb

​Azərbaycan "Azersky" peykinə 160 mln. avro yatırıb Nazir Əli Abbasov: "İnvestisiyalar 5-7 ilə qaytarılacaq və artıq bu il 20 mln. avroluq müqavilə imzalanıb"
İKT
18 Fevral , 2015 13:39
​Azərbaycan Azersky peykinə 160 mln. avro yatırıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın ilk aşağı orbitli peyki - "Azersky"ın əsas dəyəri 157 mln. avro həcmindədir. "Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Xəzər Avropa Klubunun bu gün keçirilən işgüzar görüşündə jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, peykin istehsal olunaraq orbitə çıxarılması layihəsinin dəyərinin 15%-i Azərbaycan hökuməti, 85%-i isə kredit təşkilatları hesabına maliyyələşidirilib: "Layihə rentabellidir və yatırılan investisiyalar 5-7 ilə geri qaytarılacaq".

Ə.Abbasov əlavə edib ki, artıq yanvarın 1-dən peyk fəaliyyətə başlayıb: "Peyk əsasən ixraca, xarici ölkələrə xidmət edir. Artıq 15-20 mln avroluq müqavilələr imzalanıb və bu iş genişləndiriləcək".

Qeyd edək ki, ötən il dekabrın 2-də "Azərkosmos" ASC ilə Fransanın "Airbus Space and Defence" şirkətləri arasında 3 ay öncə orbitə çıxarılmış yer səthinin müşahidə peykinin idarəçiliyinin Azərbaycan tərəfinə verilməsi ilə bağlı müqavilə imzalanıb. Bu peyk dünyanın istənilən ərazisində yer səthinin monitorinqini aparmaq gücünə malikdir.  

Son xəbərlər

Orphus sistemi