Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak edib

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak edib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avstriyanın paytaxtı Vyanada keçirilmiş konfransında iştirak edib.
İKT
24 İyun , 2023 14:27
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avstriyanın paytaxtı Vyanada keçirilmiş konfransında iştirak edib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

"Nüvə dünyasında kompüter təhlükəsizliyi: Təhlükəsizliyin mühafizəsi" mövzusunda baş tutmuş beynəlxalq tədbirdə Azərbaycan rəsmisi "Maşın öyrənməsi (ML) alqoritmləri vasitəsilə şəbəkə əsaslı müdaxilələrin aşkarlanması" adlı məruzə ilə çıxış edib.

Azərbaycan AEBA-nın tam hüquqlu üzvüdür.

Son xəbərlər

Orphus sistemi