Azad İqtisadi Zonaya telefon kabellərinin çəkilişi 3 mln manata başa gələcək

Azad İqtisadi Zonaya telefon kabellərinin çəkilişi 3 mln manata başa gələcək Qalib şirkətə 2 milyon 831,4 min manat ödəniləcək.
İKT
1 Sentyabr , 2021 11:29
Azad İqtisadi Zonaya telefon kabellərinin çəkilişi 3 mln manata başa gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar EATS-431-Ələt ATS-i-Azad İqtisadi Zona arası FO kabelinin çəkilməsi və çəkilən FO-96 kabelindən Sahil, Sanqaçal, Qobustan, Ümid, Şıxlar ATS-ləri-Azad İqtisadi Zona arası kabel çəkilişi işlərinin görülməsi üçün (LSS-12811-XQ-4 və LSS-12811(Ə)-XQ-1,2,3,4,5,6,7) mal-materiallar və xidmətin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azinvest Telecom Technology" MMC-dir.

Qalib şirkətə 2 milyon 831,4 min manat ödəniləcək.

Xatırladaq ki, “Baktelecom" 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi