Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) "Report"a verilən məlumata görə, cari ilin sentyabr ayına olan statistikaya əsasən, bu günə qədər dövlət qurumlarına 15 310 e-imza sertifikatı, fiziki şəxslərə 5 493 e-imza sertifikatı, hüquqi şəxslərə isə 3 583 e-imza sertifikatı hazırlanaraq təhvil verilib.
Ümumilikdə, 24 386 e-imza sertifikatı təhvil verilib və sentyabr ayı ərzində verilən sertifikatların sayı avqust ayı ilə müqayisədə təxminən 1 600 ədəd çox olub.
Nazirlikdən qeyd ediblər ki, paytaxtdan kənar regionlarda da e-imza kartından istifadə xeyli artıb.