Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, statistik göstərici “Elektron hökumət” bülleteninin sentyabr buraxılışında əksini tapıb.
Dövlət qurumlarına 14 490 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 2 956 ədədə çatıb. Vətəndaşlar isə 5 399 sertifikat əldə ediblər.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.