Nazirlikdən "Report"a verilən məlumata görə, İTDF xətti ilə “GoldenPay” və “Enginet” şirkətlərinə kreditlər ayrılıb.
Belə ki, “GoldenPay” şirkətinə onlayn ödəniş sisteminin inkişafı üçün “Paşa Bank” ASC tərəfindən 400 min manat həcmində güzəştli kredit verilib. “Enginet” şirkətinə isə "Bank Respublika" tərəfindən internet xidmətlərinin təşkili və müasir texnologiyaların tətbiqi ilə şəbəkənin genişləndirilməsi üçün 500 min manat həcmində güzəştli kredit ayrılıb.