Azərbaycan ​“Bakı Teleqrafı”nı satışa çıxarıb

Azərbaycan ​“Bakı Teleqrafı”nı satışa çıxarıb İnvestisiya müsabiqəsinə şirkətin səhmlərinin 97,38%-i çıxarılıb
İKT
28 Oktyabr , 2014 10:04
Azərbaycan ​“Bakı Teleqrafı”nı satışa çıxarıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) rabitə xidmətləri ilə məşğul olan “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 97,38%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ASC-nin 400,5 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramına beynəlxalq standartlara cavab verən rabitə xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, həmçinin bu məqsədlər üçün sərmayənin həcmi və müddətinə dair təkliflər daxil edilməlidir. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 530 min manat köçürməlidir.

Müsabiqə üzrə təkliflər bu il dekabrın 2-dək qəbul ediləcək və dekabrın 3-də qiymətləndiriləcək.

Son xəbərlər

Orphus sistemi