AYİB Azərbaycanın telekommunikasiya sahəsində əməkdaşlıq təklif edir

AYİB Azərbaycanın telekommunikasiya sahəsində əməkdaşlıq təklif edir Nil Makkeyn RYTN və aidiyyəti müəssisələrlə əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib
İKT
13 Fevral , 2015 19:33
AYİB Azərbaycanın telekommunikasiya sahəsində əməkdaşlıq təklif edir

Bakı. 13 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn Azərbaycanın telekommunikasiya sektorundakı inkişafını xüsusi vurğulayaraq, bu sahədə RYTN və aidiyyəti müəssisələrlə əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib.

Ölkənin telekommunikasiya sektoruna gələcək investisiya imkanlarından da söz açan N.Makkeyn hazırda AYİB tərəfindən üç istiqamətdə, o cümlədən dövlət mülkiyyətində olan telekommunikasiya operatorlarının özəlləşdirmə prosesində texniki hazırlığının artırılması, sahə üzrə normativ hüquqi bazanın və tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədilə məsləhət xidmətlərinin təklif edildiyini nəzərə çatdırıb.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AYİB tərəfindən irəli sürülən təklifi yüksək qiymətləndirib və daha sonra bu istiqamətdə əməkdaşlığın qurulması yolları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi