Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Azərmarka” MMC Azərbaycan
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Buraxılış 6 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Vərəqin ölçüsü 142x123 mm, markanın ölçüsü 28x40 millimetrdir. Markanın üzərində ARDNF-in loqotipi və “20 il. Azərbaycan Respublikası Dövlət Neft Fondu. 1999-2019” sözləri yazılıb. Arxa fonda qrafik şəkildə ARDNF-in binası, neft nasosu və neft buruğu təsvir olunub.
Dizayneri Nəriman Məmmədzadə olan poçt markaları 80 000 ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub, həmçinin 600 ədəd Birinci gün zərfi və xüsusi xatirə möhürü də hazırlanıb.