"Apple" pasport və sürücülük vəsiqəsini elektronlaşdırmaq istəyir

"Apple" pasport və sürücülük vəsiqəsini elektronlaşdırmaq istəyir Sənədlərin elektronlaşdırılması sahəsində böyük nailiyyətlərə imza atmış ABŞ-ın Apple korporasiyası pasport və sürücülük vəsiqəsini də elektronlaşdırmçaq istəyir.
İKT
7 Noyabr , 2019 11:31
Apple pasport və sürücülük vəsiqəsini elektronlaşdırmaq istəyir

Sənədlərin elektronlaşdırılması sahəsində böyük nailiyyətlərə imza atmış ABŞ-ın "Apple" korporasiyası pasport və sürücülük vəsiqəsini də elektronlaşdırmçaq istəyir. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, texnologiya nəhəngi "Şəxsiyyəti Təsdiqetmə Texnikası" adlı iki patent almaq üçün müraciət edib. 

Şirkət "iPhone" və ya "Apple Car" sahiblərinin şəxsi məlumatlarının etibarlı şəkildə saxlanması və lazım olduqda dövlət qurumlarına etibarlı şəkildə ötürülməsi üsullarını araşdırır. "Apple Pay"in vitse-prezidenti Cenifer Beili elektron sənədlərin qanuni formada qəbul edilməsi üçün prosesdə dövlətin də iştirak etməsinin vacibliyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi