“Apple” maskalı vəziyyətdə “iPhone”u kiliddən açmağ asanlaşdırır

“Apple” maskalı vəziyyətdə “iPhone”u kiliddən açmağ asanlaşdırır “Apple” şirkəti tibbi maska geyinmiş halda da smartfonların kilidini açmağı asanlaşdırmaq üçün Face ID funksiyasının parametrlərinin dəyişdirməyə qərar verib.
İKT
134
2 May , 2020 10:26
“Apple” maskalı vəziyyətdə “iPhone”u kiliddən açmağ asanlaşdırır

“Apple” şirkəti tibbi maska geyinmiş halda da smartfonların kilidini açmağı asanlaşdırmaq üçün Face ID funksiyasının parametrlərinin dəyişdirməyə qərar verib.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Şirkət “Face ID”nin istifadəçinin üzündəki maskanı tanıyan və dərhal cihazın kilidini açmaq üçün parol daxil etməyi təklif edən yeni iOS 13.5 beta-versiyasını buraxıb. Əməliyyat sisteminin hazırkı versiyasında bu, bir neçə saniyə gecikmə ilə baş verir.

CNN qeyd edir ki, şifrə girişinə keçid xeyli sürətlənəcək, lakin istifadəçi maskanı çıxarmadıqda Face ID yenə də “iPhone” kilidini aça bilməyəcək.

Son xəbərlər

Orphus sistemi