“Bloomberg”: “Apple” külli miqdarda haqsız gəlir əldə edib

“Bloomberg”: “Apple” külli miqdarda haqsız gəlir əldə edib ABŞ-da “Google” şirkətilə baqlı antiinhisar təhqiqatlar geniş vüsət alır.
İKT
1770
21 Oktyabr , 2020 20:14
“Bloomberg”: “Apple” külli miqdarda haqsız gəlir əldə edib

ABŞ-da “Google” şirkətilə bağlı antiinhisar təhqiqatlar geniş vüsət alır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda araşdırılan qalmaqala görə, “Apple” şirkəti istehsal etdiyi smartfon, planşet və s. cihazlarda müəyyən ödəniş müqabilində “Google” axtarış sistemini öndə yerləşdirməyə razılıq verib.

Belə ki, aprılan istintaq zamanı 2018-ci ildə tərəflərin əldə etdikləri razılaşmadan sonra “Apple” cihazlarında “Safari” brauzeri işə salınan kimi “Google” axtarış sistemi açılırdı. Halbuki cihaz sahibi daha sonra başqa axtarış sisteminə keçə bilirdi. “Apple” şirkəti isə başqa axtarış sistemlərinin istifadəsini, istehsal etdiyi cihazlardan onların saytlarının açıqlmasını əngəlləmədiklərini iddia edib.

Lakin ABŞ hökuməti tərəfindən aparılan araşdırma nəticəsində 2019-cu ildə “Google” axtarış sistemi vasitəsilə gedən trafikinin yarısına yaxınının məhz “Apple” cihazlarından keçdiyi üzə çıxıb. Ekspertlərin qənaətincə, “Apple”ın bu “yaxşılığ”a görə “Google”dan aldığı “pay”ın məbləği ildə 8-12 milyard ABŞ dolları qədər ola bilər.

Son xəbərlər

Orphus sistemi