“Alibaba” bulud xidmətləri infrastrukturuna 200 milyard yuan sərmayə qoyacaq

“Alibaba” bulud xidmətləri infrastrukturuna 200 milyard yuan sərmayə qoyacaq Elektron ticarətdə dünya lideri olan Çinin “Alibaba” şirkəti qarşıdakı üç ildə bulud xidmətləri infrastrukturunun inkişafına 200 milyard yuan (təxminən 28 milyard ABŞ dolları) investisiya yatırmaq niyyətindədir.
İKT
20 Aprel , 2020 11:38
“Alibaba” bulud xidmətləri infrastrukturuna 200 milyard yuan sərmayə qoyacaq

Elektron ticarətdə dünya lideri olan Çinin “Alibaba” şirkəti qarşıdakı üç ildə bulud xidmətləri infrastrukturunun inkişafına 200 milyard yuan (təxminən 28 milyard ABŞ dolları) investisiya yatırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə onun törəmə şirkəti olan “Aliyun”un bazar ertəsi yayımladığı bəyanatda deyilir.

“Rəqəmsal iqtisadiyyatın gələcəyinə əminik. Ağıllı bulud xidmətləri “Alibaba”nın əsas strategiyalarından biridir. Son 11 ildə bu sahəyə sərmayə qoymuşuq və pandemiya səbəbi ilə sərmayələri azaltmayacağıq, əksinə, investisiya yatırımlarını artırmalıyıq. Qarşıdakı üç ildə “Aliyun” yeni texnologiyalara və yeni baza insfrastrukturuna 200 milyard yuan investisiya edəcək”, - “Aliyun”a daxil olan Asiyanın ən böyük bulud hesablama platforması “Aliyun çjinen”in baş direktoru Çjan Tszyanfen bildirib.

İnvestisiyalar hazırda dünyanın 20-dən çox ölkəsini və bölgəsini əhatə edən serverlər və böyük məlumat emalı mərkəzləri şəbəkəsinin genişləndirilməsinə, həmçinin çip və süni intellektlə bağlı texnologiyalarını inkişaf etdirilməsinə qoyulacaq.

Son xəbərlər

Orphus sistemi