"Ailə TV" yeni güzəşt kampaniyası keçirir

"Ailə TV" yeni güzəşt kampaniyası keçirir Aksiya mart ayının 31-dək davam edəcək
İKT
4 Mart , 2016 18:37
Ailə TV yeni güzəşt kampaniyası keçirir

Bakı. 4 mart. REPORT.AZ/ "Caspian Telecom" şirkəti ("Ailə TV" ticarət nişanı) genişzolaqlı fiber optik internet xidmətinə keçidin stimullaşdırılması məqsədilə yeni kampaniyaya start verib.

Şirkətdən"Report"a verilən məlumata görə, "Ailə TV" abunəçiləri "Ailə Net" fiber-optik internet xidmətinə ilk dəfə qoşulduqları halda TV xidmətindən abunə olduqları tarif üzrə 1 ay pulsuz istifadə edəcəklər.

Bundan əlavə, 3 aylıq abunə haqqını öncədən ödəyən "Ailə Net" abunəçiləri WiFi routeri də (TP-Link 740) pulsuz əldə edəcəklər.

Bununla da kampaniyadan faydalanaraq TV və İnternet xidmətlərinə 3 aylıq qoşulan abunəçilər 113 manat deyil, 74 manat ödəyəcək və 39 manata qənaət edəcəklər.

Kampaniya martın 31-dək qüvvədədir.

Qeyd edək ki, "Ailə Net" internet provayderi abunəçilərə 8 Mbit/s-dən 100 Mbit/s-ə qədər yüksək sürətli internet xidmətləri göstərmək imkanına malikdir. Hazırda "Ailə Net" Bakı və Gəncə şəhərlərində genişzolaqlı internet qoşulma tətbiq edir.

Son xəbərlər

Orphus sistemi