Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak məqsədi ilə Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru vəzifəsini icra edən Kornel Feruta arasında görüş keçirilib.
İKT
26 Oktyabr , 2019 14:24
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak məqsədi ilə Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru vəzifəsini icra edən Kornel Feruta arasında görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycanla təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danışılıb. Ölkəmizdə nüvə tədqiqatları sahəsində görülmüş işlər, kadr potensialının inkişafı, bu istiqamətdə birgə seminar və təlimlərin təşkili müzakirə edilib.

Bildirilib ki, AEBA və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC arasında texniki əməkdaşlıq çərçivəsində bir sıra layihələr uğurla icra olunub. Mərkəz AEBA-nın kiçik modul reaktorlar, nüvə materialları və təhlükəsizlik üzrə regional layihələrində də fəal iştirak edir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru vəzifəsini icra edən Kornel Feruta Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını, bunun üçün geniş imkanların mövcudluğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi