ABŞ şirkətlərinin Qarabağdakı layihələrdə iştirak məsələsi müzakirə edilib

ABŞ şirkətlərinin Qarabağdakı layihələrdə iştirak məsələsi müzakirə edilib Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru və digər üzvləri ilə görüşüb
İKT
22 May , 2021 12:19
ABŞ şirkətlərinin Qarabağdakı layihələrdə iştirak məsələsi müzakirə edilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bİldirilir ki, görüş zamanı nümayəndə heyətinə son illər ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilmiş islahatlar, irimiqyaslı infrastruktur layihələri, “Trans-Xəzər” beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən və planlaşdırılan layihələr haqqında danışılıb. Həmçinin qeyd edilən layihələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq və onların bu layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi