ABŞ-ın İKT nəhənginin Azərbaycanda planları var

ABŞ-ın İKT nəhənginin Azərbaycanda planları var “Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) bazarı vacib və inkişaf edən bazardır.
İKT
19 Fevral , 2020 13:38
ABŞ-ın İKT nəhənginin Azərbaycanda planları var

“Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) bazarı vacib və inkişaf edən bazardır".

"Report" xəbər verir ki, bunu ABŞ-ın İKT nəhəngi - "Dell" şirkətinin MDB üzrə baş meneceri İrina Volk deyib. 

O, bu barədə təmsil etdiyi qurumun Bakıda keçirilən texnologiya forumunda danışıb. 

“Biz bu ölkədə planlarımızı reallaşdırmaq istəyirik. Azərbaycana, təklif etmək istədiyimiz hər bir məsələnin reallaşacağı bazar kimi baxırıq”, - o qeyd edib. 

"Bizdə keyfiyyətli, müasir həll yolları var. Bu həll yollarını digərləri təklif edə bilmir. Nailiyyətlərimizə görə qürur keçiririk", - "Dell" rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi