ABŞ-da “Facebook” və “Google”a qarşı 4 yeni məhkəmə iddiası qaldırıla bilər

ABŞ-da “Facebook” və “Google”a qarşı 4 yeni məhkəmə iddiası qaldırıla bilər ABŞ Federal Antiinhisar Xidməti və bir neçə ştatın tənzimləyici qurumu “Facebook” və “Google” şirkətlərinə qarşı 4 yeni məhkəmə iddiası qaldırmağa hazırlaşır.
İKT
223
1 Dekabr , 2020 17:18
ABŞ-da “Facebook” və “Google”a qarşı 4 yeni məhkəmə iddiası qaldırıla bilər

ABŞ Federal Antiinhisar Xidməti və bir neçə ştatın tənzimləyici qurumu “Facebook” və “Google” şirkətlərinə qarşı 4 yeni məhkəmə iddiası qaldırmağa hazırlaşır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, tənzimləyici qurumlar texnologiya nəhənglərinin internet məkanındakı təsir imkanlarından sui-istifadəyə yol verdiyini ehtimal edir. Bununla belə, hər iki şirkət iddiaları rədd edir və yüksək rəqabət şəraitində fəaliyyət göstərdiklərini, əksər hallarda pulsuz olan xidmətlərinin müştərilərinə fayda gətirdiyini bildirir.

"Facebook" və "Google"la yanaşı, “Apple" və “Amazon" kimi şirkətlər də yerli antiinhisar qurumlarının hədəfindədir və fəaliyyətləri yoxlanılır.

Son xəbərlər

Orphus sistemi