5G istifadəçilərinin 90%-ə yaxını Çində yaşayır

5G istifadəçilərinin 90%-ə yaxını Çində yaşayır Dünya üzrə 5-ci nəsil (5G) mobil rabitə istifadəçilərinin 89%-i Çində yaşayır.
İKT
15 İyul , 2021 17:30
5G istifadəçilərinin 90%-ə yaxını Çində yaşayır

Dünya üzrə 5-ci nəsil (5G) mobil rabitə istifadəçilərinin 89%-i Çində yaşayır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “China Internet Development Report-2021” adlı hesabatda bildirilir.

Sənədə əsasən, ötən il ölkə ərazisində 5G istifadəçilərinin sayı 160 milyon nəfərdən çox olub.

Çin dünyada ən böyük fiber-optik infrastruktur, 4G və 5G müstəqil şəkələrini yaradıb. Bu ölkədə 916 min 5G baza stansiyası istifadəyə verilib ki, bu da dünyada istifadədə olan stansiyaların 70%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi