Yuxarı
    Bağlamaq

    Tbilisidə qarışıq idman növləri üzrə dünya çempionatı başlayıb

    İki gün davam edəcək dünya çempionatında yeniyetmə və gənclər, eləcə də, böyüklər mübarizə aparacaqlar

    Tbilisi. 30 iyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə qarışıq idman növləri üzrə dünya çempionatı başlayıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, müxtəlif ölkələrdən 300-dək idmançının iştirak etdiyi çempionatda Azərbaycan 12 idmançı ilə təmsil olunur.

    İki gün davam edəcək dünya çempionatında yeniyetmə və gənclər, eləcə də, böyüklər mübarizə aparacaqlar.

    Bu gün çempionatın rəsmi açılışı olub, idmançılar müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

    Azərbaycanın “Qartal” peşəkar idman klubunun baş məşqçisi Yaqub İbrahimov jurnalistlərə bildirib ki, idmançılarımız bu çempionatda idmanın iki növü - Muay thai və Uşu sanda üzrə mübarizə aparacaqlar.

    Baş məşqçi idmançılarımızın bu çempionatda Azərbaycan bayrağını yüksəldəcəklərinə əmin olduğunu bildirib.

    Gürcüstan Qarışıq İdman Federasiyasının prezidenti Kaxa Basia bildirib ki, Gürcüstan bu turnirin yüksək səviyyədə keçirilməsini öz üzərinə götürüb. Bir ay öncə idmançılar Batumidə qonaq olublar. “Çalışırıq ki, yarışmanı yüksək səviyyədə təşkil edək və qonaqlar təşkilatçılıqdan razı qalsınlar”, - deyə Basia vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi