Yuxarı

Sabirabadda ASAN könüllülərinin II spartakiadası keçirilib

Spartakiadaya “ASAN xidmət” mərkəzlərindən 10 komanda üzrə 60 könüllü qatılıb

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə Sabirabad rayonunda ASAN könüllülərinin II spartakiadası keçirilib.

Gənclər Fondunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabirabad Olimpiya İdman Kompleksində baş tutan II spartakiadaya “ASAN xidmət” mərkəzlərindən 10 komanda üzrə ümumilikdə 60 könüllü qatılıb.

Şükür Məmmədovun ideya müəllifi olduğu “Sağlamlıq günü ASAN Könüllülərinin II Spartakiadası” layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.

Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II və III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunublar. ASAN Könüllülərinin II Spartakiadasının kuboku  2 qızıl, 2 gümüş medal qazanaraq I yeri tutan Bərdə “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət komandaya təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi