Yuxarı

​"Nikoil Bank"ın komandası yubiley reqatasında iştirak edib

Bankın komandası yarışın sonuncu mərhələsində 3-cü yeri tutub

Bakı. 31 may. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin yaxtinq üzrə komandası İdarə Heyətinin sədri Vasili Xamazanın başçılığı ilə Avropada yaxtaçılar üçün ən iri reqatalardan olan “Kabestan-Xorvatiya 2016” XX yubiley reqatasında iştirak edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yubiley reqatasında iştirak edən yaxtaçıların ümumi sayı Azərbaycan, Rusiya, Qazaxıstan, İngiltərə, Almaniya, Fransa, İsrail, Ukrayna, Bolqarıstan və digərləri də daxil olmaqla, 20 ölkədən 300-dən çox olub. 4 divizionda - "Beneteau First 45" və "First 35", "Hanse 445" və "ORC Club Rule" divizionunda 37 yaxta qeydə alınıb.

Qeyd edək ki, adı çəkilən reqata 2007-ci ildən keçirilir və 9 il ərzində bu yarışlarda 25 ölkədən 3 200-dən çox yaxtaçı iştirak edib. Reqatanın formatı – aktiv birgə istirahət elementləri olan yarışdır. “Kabestan-Xorvatiya 2016” reqatasının rəsmi proqramı çərçivəsində nişanlar üzrə gündəlik adrenalin yarışları və marşrut, spinaker master-klasslar (usta dərsləri) və ISAF-ın (BYİF) beynəlxalq hakimlər tərəfindən yelkənli yarış qaydaları üzrə faydalı seminarlar keçirilib.

Yarışın sonuncu mərhələsində "Nikoil Bank"ın komandası 3-cü yeri tutub. Qeyd edək ki, reqatanın iştirakçıları arasında 5 idman ustası, 1 Avropa çempionu və 1 Moskva çempionu olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi