Yuxarı

"Neftçi" transferə çıxardığı futbolçularından biri ilə müqaviləni pozub

Hücumçuya azad agent statusu verilib

Bakı. 13 may. REPORT.AZ/ "Neftçi" futbol klubu dekabrın 8-də transferə çıxardığı Rauf Əliyevlə müqaviləni pozub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar 26 yaşlı hücumçunun müraciəti əsasında qəbul olunub. 

Nəticədə onunla yanvarda bağlanılmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. R.Əliyevə azad agent statusu verilib. Klub təcrübəli forvarda gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rauf Əliyevlə yanvarda 1,5 illik müqavilə bağlanılmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi