Yuxarı
    Bağlamaq

    Mingəçevirdə cüdo mərkəzi fəaliyyətə başlayıb

    Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb

    Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) Mingəçevir Təlim-Məşq Mərkəzinin açılışı olub. 

    ACF-dən "Report"a verilən məlumata görə, açılış mərasimində federasiya rəsmiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, olimpiya çempionu Nazim Hüseynov, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. 

    Çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Mingəçevir şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

    Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Mingəçevir şəhəri və ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi