Yuxarı

Kriştianu Ronaldu dördüncü dəfə ata olub

Kriştianu Ronaldu dördüncü dəfə ata olub
Yeni doğulan qıza Alana Martina adı verilib

Bakı. 13 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dördüncü dəfə ata olub.

"Report"un məlumatına görə, bu barədə dünyanın ən yaxşı oyunçusu şəxsi "İnstagram"ında paylaşım edib.

Yeni doğulan qıza Alana Martina adı verilib. Onu Ronaldunun sevgilisi Corcina Rodriges dünyaya gətirib.

Qeyd edək ki, Kriştianu Ronaldunun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianunun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi