Yuxarı
    Bağlamaq

    "​Kapital Bank" futbol yarışının tərəfdaşı seçilib

    Sumqayıtda 10-12 yaşlı uşaqlar arasında Futbol və Sağlam Həyat layihəsi keçiriləcək

    Bakı. 25 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC Sumqayıt şəhərində 10-12 yaşlı uşaqlar arasında keçiriləcək "Futbol və Sağlam Həyat" layihəsinin rəsmi tərəfdaşıdır. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətrafında yerləşən 48 orta məktəb üzrə 500-dən artıq şagird iştirak edəcək.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, tədbirin açılış mərasimində veteran futbolçular, millət vəkili, ictimai xadimlər və digər rəsmi qonaqlar iştirak edib. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirir.

    Qeyd edək ki, layihə "Kapital Bank"la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB, "Sumqayıt" Futbol Klubunun və "Paşa Həyat" sığorta şirkətinin təşkilatçılığı ilə keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi