Yuxarı
    Bağlamaq

    Azərbaycan qılıncoynadanı ABŞ-da keçirilən Qran Pridə medal qazanıb

    Səbinə Mikina Rio-2016-da iştirak imkanlarını artırıb

    Bakı.16 dekabr. REPORT.AZ/ ABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə Qran Pri yarışı keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, yarışda Azərbaycanı məşqçi Fikrət Vəliyevin yetirmələri olan sablyaçılar Səbinə Mikina, Sevil və Sevinc Bünyadova bacıları təmsil edib. 

    2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda "Neftçi” İdman Klubunun təmsilçisi Səbinə Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə qazanıb. 1/64 finaldan yenidən mübarizəyə qoşulan Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub. Beləliklə, o, 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak imkanlarını artırıb. 

    Qeyd edək ki, Səbinə Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi