Yuxarı
    Bağlamaq

    ​İtaliyanın "İnter" klubu Bakıya Mançininin rəhbərliyi altında gələcək

    Yeni baş məşqçi sabah ictimaiyyətə təqdim olunacaq

    Bakı. 14 noyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" və Türkiyənin "Qalatasaray" klublarının keçmiş çalışdırıcısı Roberto Mançini Milanın "İnter" klubunun baş məşqçisi postuna təyin edilib.

    "Report" klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Mançini Avropa Liqasının qrup mərhələsində Qarabağ klubunun rəqibi olan "neradzurro"nun məşqçisi postunda noyabrın 14-də istefaya göndərilən Valter Massarini əvəz edib.

    Yeni baş məşqçi noyabrın 15-də keçiriləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacaq.

    Xatırladaq ki, Mançini 2004-2008-ci illərdə "İnter"i çalışdırıb və bu komanda ilə üç çempionluq, İtaliya Kuboku və Super Kubok sevinci yaşayıb.

    Hazırda "İnter" İtaliya A Seriyasın 11 turdan sonra 16 xalla 9-cu pillədə qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi