Yuxarı

Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək
Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edə bilərlər
© Report.az

Bakı. 6 iyun. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov iyunun 7-də Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar yaşadıqları rayonların (şəhərlər) Gənclər və İdman İdarələri ilə əlaqə saxlamalıdırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi