Yuxarı
    Bağlamaq

    ​Gənclər və idman naziri Göygöldə vətəndaşları qəbul edəcək

    Qəbul saat 11:30-da Heydər Əliyev Mərkəzində keçiriləcək

    Bakı. 11 iyul. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov iyulun 18-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

    Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Nazirlikdən bildirilib ki, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhər sakinləri iştirak edə bilərlər.

    Qəbul saat 11:30-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri Heydər Əliyev parkı) keçiriləcək.

    Qəbula gəlmək istəyənlər rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi