Yuxarı

Dünya çempionatında mübahisəli epizodlar videotəkrar sisteminin köməyi ilə azarkeşlərə göstəriləcək

Dünya çempionatında mübahisəli epizodlar videotəkrar sisteminin köməyi ilə azarkeşlərə göstəriləcək

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında mübahisəli epizodlar videotəkrar (VAR) sisteminin  köməyi ilə azarkeşlərə göstəriləcək.

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu, mundialın oyunları zamanı stadionların böyük ekranlarında VAR-ın köməyi ilə futbolsevərlərə nümayiş olunacaq. Lakin epizodun təkrarı qərar qəbul edildikdən sonra göstəriləcək. Eyni zamanda hakim qərarı nə üçün verdiyini izah edəcək.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda 11 şəhərdə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi