Yuxarı

​Belçikada həkimlər azarkeşi öldürüb

20 ildə 37 dəfə əməliyyat olunan azarkeş öz istəyi ilə eftanaziya olunub

Bakı. 5 mart. REPORT.AZ/ Belçikanın "Brügge" futbol klubu azarkeşi Lorenzo Skunbaertin son arzusunu yerinə yetirib. "Report"un məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən Skunbaert yaşadığı son gecədə 20 min azarkeş qarşısında meydançaya çıxıb.

Qızı ilə birgə meydançada topa toxunan Lorenzonu azarkeşlər göz yaşları ilə yola salıb. Səhəri gün isə özəl klinikaların birində azarkeşin öz istəyilə eftanaziyası həyata keçirilib.

Qeyd edək ki, 41 yaşlı Lorenzo Skunbaert 20 il ərzində 37 dəfə əməliyyat olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi